“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq

“Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq
9 noyabr 2019
# 15:37

Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası noyabrın 17-də teatrsevərlərin görüşünə gələcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

# 2400 dəfə oxunub

Müəllifin son yazıları

# # #