"Netflix" "Eşq" romanından serial çəkəcək

"Netflix" "Eşq" romanından serial çəkəcək
18 oktyabr 2019
# 10:55

"Netflix" Elif Şafakın "Eşq" kitabının müəllif hüquqlarını satın aldı.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, "Netflix" şirkəti bu haqda Frankfurt Kitab Sərgisində rəsmi açıqlama verib. Rəsmilər bildiriblər ki, çəkiləcək serialla bağlı detallar bəlli olmasa da, ssenari romanın süjetinə uyğun yazılacaq.

Xatırladaq ki, 2009-cu ildə çap olunan "Eşq" romanı 850 min satış həddinə çatmış, 37 dilə tərcümə olunmuşdu.

# 1658 dəfə oxunub

Müəllifin son yazıları

# # #