Ölkə başçısından yazıçılar üçün daha bir Sərəncam

Ölkə başçısından yazıçılar üçün daha bir Sərəncam
28 iyun 2019
# 17:48

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamla Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

# 1404 dəfə oxunub

Müəllifin son yazıları

# # #