“Mühacirlərin həyatı” kitabı haqqında film çəkilib

“Mühacirlərin həyatı” kitabı haqqında film çəkilib
25 iyun 2019
# 14:19

Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində işıq üzü görmüş “Mühacirlərin həyatı” adlı kitabı haqqında film-müsahibə çəkilib.

Filmdə Timuçin Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli kitabın önəmindən, Timuçinin Jan Pol Sartr və Albert Kamyu ilə münasibətlərindən, öz xatirələrindən, eləcə də Ceyhun Hacıbəylinin həyatından söz açır.

Filmin məsləhətçisi və prodüseri Nicat Kazımov, rejissoru Orxan Abbasovdur.

Xatırladaq ki, ötən il Fransada təsis olunan “Kəpəz” nəşriyyatı daha peşəkar fəaliyyətə keçərək, çap etdiyi kitablar haqqında filmlər çəkir, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını həm də bu yolla nümayiş etdirir.

Nəşriyyatın yaradıcılarından biri və rəhbəri, eyni zamanda sözü gedən filmin prodüseri Nicat Kazımov yeni layihələr barədə Kulis.az-a bunları söyləyib: “Cümhuriyyətin qurucuları xalqımız üçün belə keyfiyyətli işlər görübsə, onların davamçıları olaraq bizim gördüyümüz işlər və ümumi məqsədimiz bu yolu eyni keyfiyyətdə və peşəkarcasına davam etdirməkdir. Və biz bunu etməyə çalışırıq.”

Image result for timuchin muhacirlərin həyatı

# 2956 dəfə oxunub

Müəllifin son yazıları

# # #