Məşhur azərbaycanlı futbolçu haqqında film çəkilir

Məşhur azərbaycanlı futbolçu haqqında film çəkilir
11 iyun 2019
# 15:20

“Aranfilm” yaradıcılıq mərkəzində Azərbaycanın tanınmış futbolçusu SSRİ idman ustası Maşalla Əhmədovun 60 illik yubileyinə həsr olunmuş sənədli film çəkilir.

Kulis.az-ın verdiyi xəbərə görə, filmin çəkilişləri Gəncə, Bakı və Naxçıvanda aparılacaq.

Filmin rejissoru Aydan Əhmədova, operatoru Əminə Həsənli, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Kəpəz, Araz, Nefçi kimi klublarda top qovan Maşalla Əhmədov 1986-cı ildə SSRİ-nin ən yaxşı üç hücumçusu siyahısında yer alıb. Doğma azərkeşlərin ürəyində rəğbət qazanan futbolçu 1989-cu ildə karyerasına son verib və hal-hazırda AFFA –da çalışır.

# 2619 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #