Lənkəranda Beynəlxalq Teatr Festivalı keçiriləcək

Lənkəranda Beynəlxalq Teatr Festivalı keçiriləcək
29 may 2019
# 15:00

1-5 iyun tarixlərində Lənkəran şəhərində Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə keçiriləcək.

Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qax Dövlət Kukla, Salyan Dövlət Kukla, Şuşa Dövlət Musiqili Dram, Bakı Uşaq və müstəqil fəaliyyət göstərən “Ol” Teatrları çıxış edəcəklər.

# 1385 dəfə oxunub

Müəllifin son yazıları

# # #