Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, axşam seansında səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Baletin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.
- Tanınmış jurnalist “Nəsimi barelyefi”ni muzeyə bağışladı
- Yeni çoxseriaylı film gəlir: "Kür nəğmə" - Fotolar
- Regiona böyük töhfə - Hophopnamə Kitab Mərkəzi
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.