“Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxıb

“Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxıb
30 iyul 2019
# 09:37

Jurnalist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı...” kitabı çapdan çıxıb.

Kulis.azın verdiyi xəbərə görə, kitab itkin-şəhid Xəqani Əkbərov haqqındadır.

“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı...” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib.

Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.

Image result for “Gözlər yoldan yığılarmı...” kitab

# 1741 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #