Almaniyada Azərbaycan musiqiləri səsləndiriləcək

Almaniyada Azərbaycan musiqiləri səsləndiriləcək
7 iyun 2019
# 17:19

Almaniyanın Hannover və Celle şəhərlərində iyunun 28-dən iyulun 1-dək “Novus Via” layihəsi çərçivəsində Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bakı Musiqi Akademiyasından bildirilib ki, layihədə məqsəd Azərbaycan klassik musiqisi, ifaçılıq və bəstəkarlıq məktəbinin beynəlxalq arenada təbliğ olunmasıdır.

Beynəlxalq Musiqi Festivalında Almaniya, Fransa, İtaliya, Polşa, Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələri iştirak edəcəklər. Avropada iki gün ərzində Azərbaycan musiqi mədəniyyətinə və gənc istedadlarına həsr olunmuş konsert proqramı planlaşdırılır. Layihə çərçivəsində Azərbaycanın ifaçılıq mədəniyyəti ilə yanaşı bəstəkarlıq, rəqs və digər yaradıcı sahələr təbliğ olunacaq.

Qeyd edək ki, “Novus Via” layihəsi “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyəti, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Kukla Teatrı, İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə dəstəyi ilə həyata keçirilir. /azertag.az/

# 1648 dəfə oxunub

Müəllifin son yazıları

# # #