Trampla münasibəti olan porno ulduz həbs edildi

Trampla münasibəti olan porno ulduz həbs edildi
13 iyul 2018
# 12:20

ABŞ prezidenti Donald Trampla əlaqə yaşadığını deyən porno ulduzu Stormu Deniels Oqayo ştatında saxlanılıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Twitterdə açıqlama verən Danielsin vəkili Maykl Avenatti nəzarət prosesinin siyasi əsaslarla aparıldığını deyib.

İddiaya görə Stormu Daniels bir striptiz klubunda şou göstərərkən bir müştərinin ona toxunmasına icazə verib. Oqayo qanunlarına görə bu hərəkət qadağan olunub. Danielin vəkili fiziki təmasın porno ulduzunun icazəsi olmadan baş tutduğunu deyib.

Stormu Daniels 2006-ci ildə ABŞ Prezidenti Donald Trampla cinsi əlaqəyə girdiyini açıqlamışdı. Tramp vəkilləri vasitəsilə Danielsə müəyyən məbləğ ödəyərək bu hekayənin yayılmasına mane olmağa çalışmışdı.

# 1362 dəfə oxunub

Müəllifin son yazıları

# # #