Türkmən rejissora Qarabağ xalçası hədiyyə edildi

Türkmən rejissora Qarabağ xalçası hədiyyə edildi
10 mart 2017
# 11:33

Moskva şəhərində SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı Laureatı, görkəmli Türkmənistan kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə yubiley gecəsində Xocaqulu Narlıyevi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından ittifaqın katibi, Xalq artisti Oqtay Mirqasım təbrik edib.

Yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə olunub.

# 1063 dəfə oxunub

Müəllifin son yazıları

# # #