Türkan Şoray "Şərəf" ordeni ilə təltif edildi

Türkan Şoray "Şərəf" ordeni ilə təltif edildi
23 noyabr 2023
# 13:40

Türkiyəli aktrisa Türkan Şoraya Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Şərəf" ordeni təqdim olunub.

Kulis.az xəbər verir ki, aktrisa noyabrın 17-də başlayan 1-ci Bişkek Beynəlxalq Film Festivalı çərçivəsində Türk Dünyası mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə təltif edilib.

Şoray açıqlamasında, Türkiyənin ilk əməkdaşlıq təşkilatı olan TÜRKSOY tərəfindən təltif edilməsindən fəxr etdiyini və bunun onun üçün çox dəyərli olduğunu bildirib.

Türkan Şoraya 'Şərəf ordeni' - Şəkil: 1

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

# # #