"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar

"Döyüşən teatr" 27 yaşını qeyd edir - Fotolar
11 noyabr 2019
# 10:57

Bakı Bələdiyyə Teatrı 27 yaşını qeyd edir.

Teatr 1992-ci il 10 noyabr tarixində Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Hazırda heyətə Aynur Muxtarova rəhbərlik edir.

Teatrın repertuarında ”Tomris”, “Elektra”, “Medeya”, “Vətənə igidlər gərəkdir”, “Nadir Şah”, "Nargin faciəsi", "Məkr və məhəbbət", "Türk sancağı", "Şanlı vətən" və digər məşhur tamaşalar yer alıb. Bakı Bələdiyyə Teatrına cəbhə bölgəsindəki fəaliyyətinə görə “Döyüşən teatr” adı verilib.

Qeyd edək ki, teatrda 12 noyabr 2019-cu ildə Çingiz Ələsgərlinin əsəri üzərində qurulan, rejissoru Mərahim Fərzəlibəyov olan “Nəsimi” tamaşasının premyerası olacaq. Tamaşa “Nəsimi ili”nə və teatrın ad gününə həsr olunub.

# 4102 dəfə oxunub

Müəllifin son yazıları

# # #