Əli Əmirlidən avtobioqrafik roman gəldi

Əli Əmirlidən avtobioqrafik roman gəldi
2 sentyabr 2019
# 16:40

Tanınmış yazıçı, dramaturq Əli Əmirlinin yeni kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Ağdamda nəyim qaldı?!” adlanan avtobioqrafik roman “Qanun” nəşriyyatında nəşr edilib.

"Romanda tanınan bir dramaturqun heç də sadə olmayan uşaqlıq illərinin xeyli səmimi təsviri bir daha göstərir ki, xoşbəxtlik, hamar həyat adama az şey öyrədir, qəm-kədər, enişli-yoxuşlu həyat, gərgin psixoloji məqamlar isə insan hisslərinə min cür çalar və nüans gətirir, onun həyata münasibətini fərqli məqamlarla zənginləşdirir və günlərin bir günündə bütün bu hisslər, təzadlı duyğular hansı bir yaradıcılıq formasındasa aşkara çıxır: "Ağdamda nəyim qaldı" romanı kimi". – yazıçı roman haqda bunları söyləyib.

Xatırladaq ki, Əli Əmirli uzun müddətdir nəsr əsəri yazmırdı. O, daha çox pyesləri ilə tanınır.

Fotoğraf açıklaması yok.

# 3034 dəfə oxunub

Müəllifin son yazıları

# # #