Leonardo di Kapriodan gənc aktyorlara məsləhət

Leonardo di Kapriodan gənc aktyorlara məsləhət
6 avqust 2019
# 11:48

Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kino sahəsinə yenicə ayaq basmış aktyorlara dahi sənətkarlarla bir səviyyədə qalmaq üçün mümkün qədər çox filmlərə baxmağı məsləhət görüb.

Bu barədə aktyor “Daily Mirror” qəzetinə müsahibəsində deyib.

“Mən deyərdim ki, filmlərə baxın, onları təhlil edin. Özünüzü ən yaxşıları ilə müqayisə edin və yolunuzu seçin”, - deyə aktyor vurğulayıb.

Hollivud ulduzu həmçinin qeyd edib ki, o, hər dəfə kinoya baxır və bu sahənin nə qədər irəli getdiyinə heyran qalır./azertag.az/

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #