Küçədə cizgi filminə baxdı, televizor qazandı

Küçədə cizgi filminə baxdı, televizor qazandı
27 iyun 2019
# 18:57

Bakıda mağazanın vitrinində cizgi filmi izləyən azyaşlı uşağa televizor hədiyyə olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, hər gün eyni vaxtda mağazanın vitrininə yaxınlaşan və cizgi filminə baxan Murad rəhbərliyin diqqətini çəkir.

Nənəsi ilə bir yerdə qalan uşağın arzusu yerinə yetir. Rəhbərlik ona televizor hədiyyə edir. Nənəsi Gülgəz xanımın sözlərinə görə, hər gün Muradın təkidi ilə onu bura gətirir və onun cizgi filmərini həvəslə seyr etməyinə tamaşa edirdi. Altı nəvəsinə tək baxan Gülgəz xanım həm də onların tərbiyəsi ilə məşğul olur.

# 1851 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #