"Taxt oyunları" haqqında sənədli film çəkilib

"Taxt oyunları" haqqında sənədli film çəkilib
14 may 2019
# 18:16

HBO televiziya şəbəkəsi “Taxt oyunları” serialı haqqında sənədli film çəkib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, HBO gələn həftə final seriyası təqdim olunacaq “Taxt oyunları” serialı haqqında iki saatlıq sənədli film hazırlayıb.

Sənədli filmdə səkkiz mövsüm boyunca yayımlanan serialın aktyorları “Taxt oyunları”ndakı təcrübəsindən danışırlar.

“The last watch” adlanan sənədli film mayın 26-da HBO kanalında göstəriləcək.

# 1878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #