Fəxri xiyabanda Qara Qarayevin xatirəsi anılıb

Fəxri xiyabanda Qara Qarayevin xatirəsi anılıb
5 fevral 2018
# 13:49

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin xatirəsi anılıb. Tədbir sənətkarın doğum gününə, anadan olmasının 100 illiyinə həsr olunub.

Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Qara Qarayev Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir.

Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan natiq dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb.

Tədbirdə dahi bəstəkarın keçdiyi dərslərin yüksək peşəkarlığından söhbət açılıb və qeyd edilib ki, görkəmli bəstəkarın əsərləri bu gün də dünya səhnələrində səslənməklə mükəmməlliyini bir daha sübut edir. O, bir çox filmlərə, tamaşalara musiqi bəstələyib. Qara Qarayev Azərbaycan musiqisinə böyük töhfələr vermiş dahidir. /azertag.az/

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #