Çingiz Sadıxovun arxivi muzeyə təhvil verilib

Çingiz Sadıxovun arxivi muzeyə təhvil verilib
24 yanvar 2018
# 15:00

Azərbaycanın tanınmış pianoçusu, Xalq Artisti Çingiz Sadıxovun həyat yoldaşı Ceyran Sadıxova sənətkarın arxiv materiallarını Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təhvil verib.

Foto, qəzet, fəxri fərmanlar, afişalar və sənətkarın yaradıcılığını əhatə edən 150-dək sənəd muzeyin fonduna daxil edilib. Yaxın günlərdə muzeydə Çingiz Sadıxovun xatirəsinə həsr edilən tədbir çərçivəsində daxil olan materiallar ziyarətçilərə təqdim olunacaq.

Qeyd edək ki, görkəmli musiqiçi Çingiz Sadıxov 1994-cü ildən Amerika Birləşmiş Ştatlarında yaşayıb, 2017-ci il dekabrın 30-da 88 yaşında San-Xose şəhərində vəfat edib. Yanvarın 16-da Bakıda, ikinci Fəxri xiyabanda torpağa tapşırılıb./azertag.az/

# 1021 dəfə oxunub

Müəllifin son yazıları

# # #