Facebookdakı 14 YAZAR TİPİ

Facebookdakı <span style="color:red;">14 YAZAR TİPİ
19 dekabr 2016
# 15:32

Kulis.Az Facebook-dakı 14 yazar tipini təqdim edir.

Darıxanlar

Darıxmaq, ay darıxmaq.

Ötüb gedən zamanın qədrini bilmərik biz.

Uzaqdadı sevgimiz.

Uzaqda lap uzaqda.

Ondan bizə qalan...

Bircə qucaq darıxmaq...

Lap belə ulaq kimi

Kirpi kimi darıxmaq

Image result for darıxmaq işarəsi

Təqribən belə... Onlar üçün Facebook elə darıxmaqdır. Bu bədbin ovqat şeirlərinə də sirayət edər. Hər an, hər gün darıxarlar. Hər yerdə, hər məkanda darıxarlar. Darıxarlar... Darıxarlar.. Darıxarlar...

Ancaq şeir paylaşanlar

Dünya dağılır. Tramp prezident olur, hələbdə soyqırım, Neft daşlarında qəza. Şairimiz yazır: “Sən olmasan könlüm quşu fəqan eylər...” Onların şair xəyalı hər zaman şeirin yanındadır. Facebook onlar üçün cünkdür (şeir dəftəri – red.). Nəinki sosial şəbəkə...

Hamıyla şəkli olanlar

Image result for kollektiv foto

Bunlar aktiv adamlardır. İmza günlərini, müxtəlif mədəni tədbirləri, yubileyləri heç zaman qaçırmazlar. Hamısında hazır olarlar ki, şəkil çəkdirib axşam evdə paylaşsınlar. Və kiminsə ad günü gələndə tez əllərini arxivə atıb o şəkli yenidən paylaşarlar.

Özü məşhur olmasa da məşhurları söyənlər

Image result for öfke

Bunlar da xüsusi bir qrupdur. İşləri-gücləri beş-altı yaxşı şeir yazmış gəncləri söyməkdir. Halbuki öz yaradıcılıqlarına bu qədər diqqət göstərsəydilər bəlkə nəsə yaza bilərdilər.

Daim kitabla yaşayanlar

Image result for kitap adam

Bütün fotolarında kitab var. Statusları da kitab adları ilə doludur. Onlara baxanda düşünürsən ki, kitab oxumaq kimi nəcib bir xüsusiyyət də ifrata varanda yaxı görünmür.

Zəmanədən şikayətçilər

Image result for gileylənmək

Yazırıq, oxumurlar, dolana bilmirik, kasıbçılıqdır, xalq kitab almır, meyxanaya qulaq asır və s. Onların bütün statusları bu ruhla yoğrulub.

Şuluqluq salanlar

Image result for öfke

Az qala bütün Facebookun həmrəy olduğu bir mövzuda qəfil bir yazıçı ortaya çıxıb tamam əksini deyir. Fikrini də sərt, bəzən isə təhqiramiz formada ifadə edir. Və mərəkə qopur...

Yalnız özü haqqında yazıları paylaşıb özü haqda yazılanları tag edənlər

Bunların da öz dünyası var. Sanki yer kürəsi bunların ətrafında dövr eləyir. Hər şeyi bircə-bircə oxusalar da yalnız öz adları söz konusu olanda başlarını “yuva”larından astaca çıxarırlar.

Şeir yazıb 99 adamı taq edənlər

Image result for facebookda taq

Tag etməklə iş bitsə dərd yarıdır. Hər bir münasibət sənə informasiya kimi gəlir və o qədər bezirsən ki, axırda işarələməni qaldırmaq məcburiyyətində qalırsan. İnşallah, inciməzlər...

Ancaq intellektuallıq edənlər

Image result for intellekt

Bu adamların statuslarını da, paylaşımlarını da gərək qalstuk taxıb oxuyasan. Hətta bəzən lüğət, ensiklopediya kitablarına da ehtiyac duyulur. Sanki sosial şəbəkədə yox, “Sənət sənət üçündür” setinin içindəsən.

Yaradıcılıqdan çox Facebookda gəzənlər

Image result for online

Bu tiplərin fəaliyyətini izləyəndə düşünürsən ki, yaradıcılığın ən ali məqsədi Facebookda like yığmaq və söz konusu olmaqdır. Bunlar nə vaxt mütaliə edir, nə vaxt işlə məşğul olur, lap belə nə vaxt yemək yeyirlər? Bəlkə eyni adamdan üç-dörd nəfərdir? Biri-ikisi ən vacib işlərlə məşğul olarkən biri daimi Facebook fəaliyyətindədir.

Öz adının qarşısına şair, yazıçı yazanlar

Image result for şair

Lap məşhur lətifə yada düşür. Eşşəklə şəkil çəkdirən əsgər anasına yazır: “Sağ tərəfdəki mənəm.” Sizcə bir adam şair-yazıçıdırsa bunu onun profilindən bilmək mümükün deyil? Mümükündür, təbii... Amma yenə də yazırlar. Yazsınlar, təbii... Bura azad məkandır.

Yazılarında redaktorlara təşəkkür edənlər

Image result for teşekkür ederim

Bu tiplər hansısa saytda gedən yazıdan ötrü o saytda işləyən hər kəsə adbaad təşəkkür edirlər. Hansı ehtiyacdan? Bəlkə mədəni, sayğılı olduqlarını göstərirlər. Bunun üçün saytın adını yazmaq kifayət etmirmi?

Qrupbazlar

Image result for facebookda qruplar

Bir də gözünü açırsan ki, misal üçün, “Əmək veteranları” qrupunun üzvüsən. Yaxşı ki, beynəlxalq terror qruplarına-zada üzv eləmirlər. Durduğun yerdə işə düşərsən. Ay qardaş. Nə olar adam şair, yazıçı olanda, belə şeylər etik deyil axı?

BONUS

AYB-nin üzvlük vəsiqəsini paylaşanlar

# 1619 dəfə oxunub

Müəllifin son yazıları

# # #