Uşaqlar üçün jurnalın ikinci sayı çapdan çıxdı

Uşaqlar üçün jurnalın ikinci sayı çapdan çıxdı
25 yanvar 2016
# 14:13

“Yazı” jurnalının uşaqlar üçün əlavəsi olan “Yemlik” dərgisinin ikinci sayı çapdan çıxıb. Kulisin məlumatına görə dərginin bu sayında “Uşaq yazıçılar” bölümü balaca dostlarımızın marağına səbəb olacaq.

Burada məktəbli yazıçılar Ülvi Hüseynzadə, Xocanəzirzadə Məryəm, Banu Məmmədli və Zəhra Qaragözün hekayələri verilib.

“Yazıçılar uşaqlar haqqında” rubrikasında N.Gəncəvi, Ə.Kərim, S.Behrəngi, M.Zehtabi, R. Qaraca, A.Qaradərəli, M. Köhnəqala, A.Bünyadzadə, M.Əzizpur, Ə.Laçın, M.Ağaoğlu, Aləmzər Əlizadə, Rəşid Bərgüşadlı, S.Nuruqızı, S.Elsevər, Şahnaz Kamal, H.C.Orhun, Vüsal Quluzadə, Elvira Məmmədli, Alov İnna, İnqilab Naseh, Hədiyyə Şəfaqətin yazıları yer alıb.

“Uşaqlar üçün pyes” yerində Əjdər Olun “Biri vardı, biri yox” pyesi verilib.

“Çevirmə”də C.Rodari, H.X.Anderson, H.V.Şapqir, S.Nikolov, R.Herrikin əsərlərindən nümunələr və ispan nağıllarından seçmələr dərc olunub.

“Rəssam uşaqlar” rubrikasını bu dəfə məktəbli rəssamlar Aytən Nəbiyeva, Sahib Hətəliyev və 4 yaşlı Nilayın rəsmləri bəzəyib.

Dərgidə “Lətifələr”, “Kitab rəfi”, “Təqdimat” , “Dekonstruksiya”, “İlk animasiya filmləri” kimi bölmələrin də balaca dostlarımızın marağına səbəb olacağına inanırıq.

“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.

Dərginin 2-ci sayını Kitabevim.az mağazasından əldə edə bilərsiniz.

# 1525 dəfə oxunub

Müəllifin son yazıları

# # #