Qismət Amerika nəsrindən dissertasiya yazır

Qismət Amerika nəsrindən dissertasiya yazır
25 oktyabr 2019
# 10:17

Tanınmış şair, esseist, tərcüməçi Qismət Rüstəmov Amerika nəsri ilə bağlı dissertasiya işi üzərində işləyir.

Kulis.azın verdiyi xəbərə görə, “Çağdaş Amerika nəsrində identiklik axtarışları (Cefri Yevgenidis və Conatan Safran Foyerin yaradıcılığı əsasında)” adlı elmi iş yekunlaşmaq üzrədir.

Q.Rüstəmovun elmi rəhbəri professor Aynur Sabitovadır.

Xatırladaq ki, indiyədək Qismətin iki şeir, bir neçə tərcümə kitabı çap olunub. Onun çoxsaylı esse və məqalələri, hekayələri və çap olunmamış şeirləri var.

Hazırda o, Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəridir.

# 2401 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #