Azərbaycanda ilk: məsciddə imza günü olacaq

Azərbaycanda ilk: məsciddə imza günü olacaq
3 oktyabr 2019
# 12:32

Azərbaycanda ilk: məsciddə imza günü olacaq

Tanınmış şair Şəhriyar Del Geraninin növbəti imza günü keçiriləcək.

Müəllifin Kulis.aza verdiyi məlumata görə, budəfəki imza günü oktyabrın 3-də, saat 16:00-da Məşədi Dadaş məscidində baş tutacaq.

Azərbaycanda ilk dəfə məsciddə kitab təqdimatının keçirildiyini bildirən şair onu da əlavə edib ki, kitabdan gələn gəlir ucqar rayonlarda yaşayan aztəminatlı ailələrin uşaqları üçün məktəb ləvazimatına xərclənəcək.

Maraqlananlar dəvət olunur!

Ünvan: Ağadadaş Qurbanov, 37, Bakı, Nəsimi

# 3047 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #