Azərbaycanlı kinematoqrafçılar Los Ancelesdə

Azərbaycanlı kinematoqrafçılar Los Ancelesdə
1 oktyabr 2019
# 12:10

Azərbaycanlı kinematoqrafçıların Los Ancelesdə təqdimatı keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ Dövlət Departamentinin Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı çərçivəsində Los Ancelesdə səfərdə olan azərbaycanlı kinematoqrafçıların təqdimatı keçirilib. Baş Konsulluq və Los Anceles Beynəlxalq Ziyarətçilər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə amerikalı kinoşünaslar, müxtəlif icmaların nümayəndələri, incəsənət xadimləri, diplomatlar və jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev hər kəsi salamlayaraq, Azərbaycan kino sənətinin tarixi və inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. N.Ağayev daha sonra azərbaycanlı kinematoqrafçıları qonaqlara təqdim edib.

Los Anceles Beynəlxalq Qonaqlar Şurasının prezidenti Canet Elliot çıxışında azərbaycanlı kinomatoqrafçıların səfəri haqqında ətraflı danışaraq, sözügedən proqram haqqında geniş məlumat verib. Sonra azərbaycanlı kinematoqrafçılar adından çıxış edən kinorejissor Cəfər Axundzadə Los Ancelesə səfərin oduqca məhsuldar keçdiyini, səfər müddətində müxtəlif yerli kinostudiyalarda olduqlarını və kinoşünaslarla maraqlı fikir mübadilələri apardıqlarını diqqətə çatdırıb.

Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

# 1462 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #