Nazim Hikmət haqda filmin təqdimat vaxtı bəlli oldu - Video

Nazim Hikmət haqda filmin təqdimat vaxtı bəlli oldu - Video
11 sentyabr 2019
# 16:52

Böyük türk şairi Nazim Hikmət haqqında yeni filmin çəkilişləri bitmək üzrədir.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Mərhəba, gözəl vətənim” adlanan sənədli-bədii dramın ssenari yazarı Ahmet Ümit, rejissoru Çengiz Özkarabekirdir.

Film 1 noyabrda ekranlara çıxacaq.

Ssenari yazarı Ahmet Ümit uzun müddət Moskvada yaşamış Nazim Hikmətlə oxşar taleyini paralelləşdirmiş və böyük şairin ona təsirini əks etdirməyə çalışmışdır. Nazim Hikmət obrazını filmdə məşhur türk aktyoru Yetkin Dikinər canlandırır.

Ötən aylarda Moskva, Qaziantep və Bursada aparılan çəkilişlər İstanbulda davam edir.

# 1911 dəfə oxunub

Müəllifin son yazıları

# # #