“İt gəzdirən xanım” növbəti dəfə səhnədə...

“İt gəzdirən xanım” növbəti dəfə səhnədə...
10 avqust 2019
# 12:37

Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 28-də A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış tamaşanı təqdim edəcək.

Teatrdan bildirilib ki, Leyla Atayevanın quruluşunda nümayiş olunacaq səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq. /azertag.az/

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #