Sosial şəbəkələr depressiyaya səbəb olurmuş

Sosial şəbəkələr depressiyaya səbəb olurmuş
19 iyul 2019
# 17:11

Kanada alimlərinin yeni araşdırmalarına görə, sosial şəbəkələrdən istifadə və televizora baxmaq yeniyetmələrdə depressiyaya meyl yaradır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yeniyetmələr sosial şəbəkə və televizorda yaşıdlarının daha uğurlu obrazlarını gördükdə özünüqiymətləndirmələri aşağı düşür və bu əhvallarına pis təsir edir.

Buna görə də, yeniyetmə televizor qarşısında və sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirsə depresiyaya o qədər meylli olur.

Gözlənilənlərin əksinə olaraq isə, videooyunlar və kompüterdən istifadənin yeniyetmələrin əhvalına mənfi təsir göstərmədiyi bəlli olub.

# 2003 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #