"Spotify" Belarusda fəaliyyətini dayandıracaq

"Spotify" Belarusda fəaliyyətini dayandıracaq
28 noyabr 2026
# 10:33

Məşhur musiqi plartforması "Spotify" Belarusda fəaliyyətini dayandıracaq.

Kulis.az xəbər verir ki, plartforma dekabrın 1-dən etibarən Belarusda əlçatan olmayacaq.

Buna səbəb şirkətin ölkə büdcəsinə ƏDV borcunu ödəməməsidir.

Belarusun Vergilər və Rüsumlar Nazirliyi, abunəliyə görə ödənilən, lakin istifadə olunmayan xidmətlərin pulunu geri almaq istəyənlərə birbaşa "Spotify" şirkətinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Spotify 2006-cı ildə İsveçdə yaradılıb.

Platformada musiqi, podkast və audiokitablar təqdim olunur.

# 47 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər