Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirildi

Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirildi
17 mart 2022
# 17:40

Bu gün ADA Universitetində Vaqif Mustafazadənin anadan olmasının 82-ci ildönümü münasibətlə görkəmli caz ifaçısının musiqi irsinə həsr olunan konsert proqramı təqdim olunub.

APA xəbər verir ki, konsertin əvvəlində pianoçu Vüsal Aydəmirov "Bayatı-Şiraz" kompozisiyası ilə çıxış edib.

Tədbir musiqiçilərin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyaların səsləndirilməsi ilə davam edib.

Sonra bəstəkarın keçdiyi yaradıcılıq yolundan, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunub.

Qeyd edək ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

# 1472 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #