Qazaxıstan nağılları komiks formatında təqdim edildi

Qazaxıstan nağılları komiks formatında təqdim edildi
28 noyabr 2026
# 11:16

Cəsarət, sevgi və sədaqət mövzularını əhatə edən beş məşhur qazax xalq nağılı “Legends of the Great Steppe” (“Böyük çölün əfsanələri”) adlı kitabda komiks formatına uyğunlaşdırılaraq ilk dəfə fransız və flamand dillərində oxuculara təqdim edilib.

Kulis.az xəbər verir ki, nəşrin təqdimatı Qazaxıstanın Belçikadakı səfirliyi tərəfindən Brüssel Komiks Mərkəzində keçirilib.

Qazaxıstanın “Oxuyan millət” təşəbbüsü və “Belçikada qazax kitabxanası” layihəsi çərçivəsində hazırlanan kitab Belçika Kralı Filip və Kraliça Matildanın oktyabrda Astanaya səfəri ərəfəsində ərsəyə gəlib.

Səfir Roman Vassilenko və belçikalı rəsmilər komiks sənətinin Qazaxıstan mədəniyyətini və ənənələrini tanıtmaq üçün effektiv vasitə olduğunu qeyd ediblər.

Qeyd edək ki, topluda itkin düşmüş səkkiz qardaşını axtaran gəncin fantastik macəralarından bəhs edən “Er Tostik”, Taraz yaxınlığındakı məşhur türbənin tarixçəsini anladan “Ayşa Bibi”, real hadisələrə əsaslanan “Yestay və Korlan”, Qazaxıstanda 15 aprel Sevgililər Gününün simvoluna çevrilən “Kozı Korpeş və Bayan Sulu”, eləcə də qazax şairi və üsyançı qəhrəmanı Maxambet Ötemisulunun mübarizəsini əks etdirən “Maxambet” hekayələri yer alıb.

# 61 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər