55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı

55-ci İstanbul Musiqi Festivalının proqramı açıqlandı
28 noyabr 2026
# 12:21

Fransanın aparıcı simfonik kollektivlərindən olan “Orchestre de Paris” 25-26 iyun 2027-ci il tarixlərində 55-ci İstanbul Musiqi Festivalı çərçivəsində Atatürk Mədəniyyət Mərkəzinin (AKM) Opera Zalında çıxış edəcək.

Kulis.az xəbər verir ki, orkestra dirijor Roberto Qonsales-Monxas rəhbərlik edəcək.

Bethovenin vəfatının 200 illiyinə həsr olunmuş ilk gecədə orkestr yaponiyalı pianoçu Mao Fucitanı müşayiət edəcək.

Proqramda Bethovenin 5-ci Piano Konserti, Xoakin Turinanın “Sinfonia Sevillana” əsəri və Manuel de Fallanın “Üçkünc şlyapa” baletindən 2-ci süita səsləndiriləcək.

Orkestr ikinci konsertdə skripkaçı Klara-Cumi Kanq ilə eyni səhnəni bölüşəcək.

Con Vilyamsın “Ulduz müharibələri” film musiqisi ilə başlayacaq proqramda Erix Volfqanq Kornqoldun Skripka Konserti və Sergey Raxmaninovun 3-cü Simfoniyası ifa olunacaq.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər