Lənkəran teatrı İrandan festivaldan qayıdıb

Lənkəran teatrı İrandan festivaldan qayıdıb
15 iyul 2019
# 15:04

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Zəncan şəhərində “El” Milli Teatr Festivalında iştirak edib.

Kulis.az-ın verdiyi xəbərə görə, iyulun 8-dən 12-dək davam edən festivalda kukla, pantomim, komediya, faciə janrlarının müxtəlif səhnələrdə və küçə tamaşaları şəklində nümayişləri olub.

Lənkəran Dövlət Dram Teatrı bu sənət yarışmasına Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə qatılıb.

Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa ediblər.

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrı təşkilat komitəsi tərəfindən diplom və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

# 3008 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #