Ancelina Coli xeyir və şər qüvvələr arasında

Ancelina Coli xeyir və şər qüvvələr arasında
10 iyul 2019
# 16:22

“Disney” şirkəti “Malesifenta: Zülmət kraliçası” filminin rəsmi treylerini təqdim edib.

Bu dəfə də filmdə baş rol ifaçısı Ancelina Coli olub.

Kulis.az xəbər verir ki, video kinoşirkətin “YouTube” kanalındakı rəsmi akkauntunda nümayiş etdirilib.

Filmdə hadisələr “Malefisenta” filminin finalından bir neçə il sonra cərəyan edir. Xatırladaq ki, birinci filmdə şahzadə Avropa cadugər tərəfindən ovsunlanmışdı.

“Disney”in məlumatında deyilir: “Malesifenta: Zülmət kraliçası” filminin süjet xətti cadugər pəri ilə gələcək kraliçanın mürəkkəb münasibətləri üzərində qurulub. Tamaşaçıları sehrli meşənin və burada yaşayan qəribə varlıqların müdafiəsi işində xeyir və şər qüvvələr arasında gərgin mübarizə gözləyir”.

Filmin ekranlara çıxması oktyabr ayına nəzərdə tutulub.

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #