Alen Delonun səhhətində problemlər yaranıb

Alen Delonun səhhətində problemlər yaranıb
15 iyun 2019
# 15:33

Məşhur fransız aktyor Alen Delon beyinə qan sızması diaqnozu ilə O-de-Sen departamentindəki “Neyi-syur-Sen” Amerika hospitalına yerləşdirilib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, aktyor xəstəxanada güclü baş ağrılarından şikayət edib. Ətraflı müayinədən sonra onu evə göndəriblər.

Qeyd edək ki, Delonun 83 yaşı var. O, bir neçə həftə əvvəl Kann kinofestivalının “Qızıl palma budağı”na layiq görülüb.

# 1787 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #