Ancelina Colinin qızı cinsini dəyişir - FOTO

Ancelina Colinin qızı cinsini dəyişir - FOTO
7 iyun 2019
# 10:45

Hollivud aktrisası Ancelina Colinin 13 yaşlı qızı Şaylo cins dəyişikliyi hazırlıqlarına başlayıb.

Kulis.az-ın rus mətbuiatına istinadən verdiyi xəbərə görə, qız artıq kişi görünüşünə sahib olmaq üçün hormonal tabletlər qəbul etməyə başlayıb.

Şaylonun anası Ancelina və atası Bred Pitt uşağın qərarını dəstəkləyir.

Anasının söylədiyinə görə, onun qızı heç vaxt özünü qız kimi hiss etməyib. Üç yaşında olanda qızı ondan saçlarını qısa kəsməyi və oğlan kimi geyindirməyi xahiş edirmiş.

2015-ci ilin payızında Coli və Pitt Şaylonuin arzusuna görə mütəxəssislə məsləhətləşiblər. Ekspert qızın transqender-uşaq yoxsa adi oğlan ədalı qız olduğunu ayırd edə bilməyib. Mütəxəssis qızın yeniyetməlik mərhələsində öz fikrindən əl çəkəcəyini və və qadın kimi məlahətli görünmək istəyəcəyini güman edirmiş.

# 2738 dəfə oxunub

Müəllifin son yazıları

# # #