Bu gün “YUĞ” teatrında Orxan Pamukun əsəri oynanılacaq

Bu gün “YUĞ” teatrında Orxan Pamukun əsəri oynanılacaq
21 iyun 2019
# 15:14

Bu gün, saat 19.00 da “YUĞ” Dövlət Teatrının yeni tamaşası - “Mən ağacam” adlı səhnə əsərinin premyerası keçiriləcək.

Nobel mükfatlı türk yazıçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edir.

Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #