Məşhur aktyorla bağlı yalanlara etiraz gəldi

Məşhur aktyorla bağlı yalanlara etiraz gəldi
22 may 2019
# 10:16

Məşhur türk aktyor Cüneyt Arkının səhhətində сiddi problem yaranması ilə bağlı sosial mediada xəbərlər yayılıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun instagram hesabında məsələyə aydınlıq gətirilib. Orada yazılıb:

"Son iki gündür yenə bəzi sosial media hesablarında sağlıq durumu haqqında yalan-yanlış xəbərlər yayılır. Lütfən bu xəbərləri etibar etməyin. Sağlıq durumu qayət yaxşıdır."

# 1967 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #