Cek Londonun məşhur əsəri ekranlaşdırılır

Cek Londonun məşhur əsəri ekranlaşdırılır
18 iyul 2018
# 10:31

Cek Londonun “Əcdadların harayı” romanı ekranlaşdırılır.

Kulis.azın rus saytlarına istinadən verdiyi xəbərə görə, filmdə baş rola - qızılaxtaran Con Tornton obrazına amerikalı aktyor Xarrinson Ford dəvət olunub.

Xatırladaq ki, əvvəllər Tornton rolunu Hollivud aktyoru Klark Qeybl 1935-ci ildə, Çarlton Xeston 1972-ci ildə ifa ediblər.

Filmin çəkilişlərinin sentyabrın əvvəllərindən başlanması nəzərdə tutulur.

Харрисон Форд на мероприятии в Лос-Анджелесе, май 2017 года

# 1393 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #