“Əngəlsiz arzular” kitabı nəşrə hazırlanır

“Əngəlsiz arzular” kitabı nəşrə hazırlanır
16 may 2018
# 16:40

“3 alma” uşaq ədəbiyyatı növbəti kitabını nəşrə hazırlayır.

Kulis.azın verdiyi məlumata görə, fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası mövzusuna həsr olunan “Əngəlsiz arzular” adlı bu kitabın müəllifi Orxan Adıgözəldir.

Əsərin qəhrəmanı əslində hamımızın adi saya biləcəyi hadisə nəticəsində ayağını itirmiş balaca oğlandır. Kitabda Nihad adlı bu oğlanın həyat hekayəsi, ətrafdakıların ona fərqli münasibəti və onun bu münasibəti dəyişmək üçün apardığı mübarizə, tək ayaq üstə durmaq üçün göstərdiyi əzm, bütün əngəllərə qalib gələn arzuları, çəkdiyi zəhmət və eyni zamanda dostlarının, ailəsinin ona mənəvi yardımı təsvir olunur.

# 1147 dəfə oxunub

Müəllifin son yazıları

# # #