Məşhur bəstəkarın vəziyyəti ağırlaşıb

<b>Məşhur bəstəkarın vəziyyəti ağırlaşıb</b>
2 mart 2018
# 11:55

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ağırlaşıb.

Bu barədə "Ölkə.Az"a bəstəkarın ailə dostu, şairə Zenfira Əlişqızı məlumat verib. Onun sözlərinə görə, artıq həkimlər də heç bir müdaxilə edə bilməyəcəklərini söyləyiblər:

"İnsultdan sonra nitqi itmişdi. Bədəni soyuyur. İyirmi gün bundan öncə həkimlər bildirdilər ki, heç bir zəmanət vermirik. Bundan sonra neçə gün yaşayacağı Allahın əlindədir. Artıq Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri var".

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

# # #