Bakıda çağdaş türk yazıçıların kitabı çıxıb

Bakıda çağdaş türk yazıçıların kitabı çıxıb
21 fevral 2018
# 15:22

“AYBkitab” layihəsi çərçivəsində “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb.

APA-nın məlumatına görə, kitab Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

Yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən, Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.

# 953 dəfə oxunub

Müəllifin son yazıları

# # #