Elçinə həsr edilmiş kitabın təqdimatı olacaq

Elçinə həsr edilmiş kitabın təqdimatı olacaq
23 oktyabr 2017
# 16:34

Oktyabrın 26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Milli Məclisin deputatı, Əməkdar Elm Xadimi, akademik Nizami Cəfərovun Xalq Yazıçısı Elçinin həyat və yaradıcılığına həsr olunmuş “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının təqdimat mərasimi keçiriləcək.

Milli Kitabxanadan bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı gözlənilir.

# 1030 dəfə oxunub

Müəllifin son yazıları

# # #