İstanbulda Hüseyn Cavidin büstü qoyulub - Foto

 İstanbulda Hüseyn Cavidin büstü qoyulub - <span style="color:red;">Foto
24 oktyabr 2019
# 14:50

Oktyabrın 24-də İstanbulun Böyükşəhər Bələdiyyəsinin nəzdində yerləşən Nilüfər Parkında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin büstünün açılışı olub.

Büstün yerləşdirilməsi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, SOCAR-ın və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Abidə azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev tərəfindən hazırlanıb.

Tədbirdə konsulluğun əməkdaşları, ictimaiyyət və media nümayəndələri, eləcə də tələbələr iştirak ediblər. /azertag.az/

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

# # #