Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək.
Kulis.az Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, konsertin proqramına bəstəkar, Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib.
Bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən təqdim olunacaq. Tarda Əməkdar artist Sahib Paşazadə çıxış edəcək.
Dirijor Sergey Akimovdur.