Polşada Azərbaycan filmi nümayiş olunacaq

Polşada Azərbaycan filmi nümayiş olunacaq
9 oktyabr 2019
# 13:40

Polşada fəaliyyət göstərən “Mədəniyyət Tanıtma Mərkəzi” (Centrum Promocji Kultury) oktyabrın 18-də Azərbaycan istehsallı olan “Əbədi ezamiyyət” sənədli filmini nümayiş etdirəcək.

Filmin nümayişi Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Film Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanıdılması məqsədilə 1919-cu ilin yanvarında parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam olunmuş nümayəndə heyətinin taleyindən bəhs edir.

# 2094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #