İstanbulda Sakit Məmmədovun sərgisi açılıb

İstanbulda Sakit Məmmədovun sərgisi açılıb
5 sentyabr 2019
# 09:48

Sentyabrın 4-də İstanbul şəhərində Azərbaycanın Xalq rəssamı, UNESKO Rəssamlar İttifaqının üzvü, professor Sakit Məmmədovun “Opalizm” mövzusunda sərgisi açılıb.

Opalizm üslubunun banisi olan məşhur rəssamın əsərləri sentyabrın 5-dən etibarən bir ay müddətində nümayiş olunacaq.

SOCAR-ın maddi dəstəyi ilə təşkil olunan sərgidə çıxış edən S.Məmmədov burada 160-dan çox əsərin nümayiş edildiyini bildirib. Qeyd olunub ki, sərgilənən əsərlərin əksəriyyəti dünyanın bir çox ölkəsində sənətsevərlərə təqdim edilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, konsulluğun əməkdaşları, SOCAR-ın nümayəndələri, elm və incəsənət xadimləri iştirak ediblər.

# 2377 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #