Məşhur aktrisa səhnədən yıxılıb zədələndi - Vəziyyəti ağırdır

Məşhur aktrisa səhnədən yıxılıb zədələndi - Vəziyyəti ağırdır
19 iyul 2019
# 10:23

SSSR xalq artisti, sovet kino və teatr aktrisası İnna Çurikova Moskva teatrının səhnəsində tamaşa oynayarkən zədə alıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa “Qarımış qız” tamaşasında səhnənin zəif şıqlanmış tərəfində hərəkət edərkən boşluğa yıxılıb. Başqa bir məlumatda aktrisanın başı hərləndiyi üçün səhnədən aşağı yıxıldığı deyilir. Artıq Çurikova reanimasiyaya yerləşdirilib. Xəstəxanadan verilən xəbərə görə, iki qabırğası sınmış artistin vəziyyəti ağırdır.

75 yaşlı İnna Çurikova “Morozko”, “Həmin o Münhaüzen”, “Hərbi səhra romanı”, “Şirlı-Mırli”, “Adəmin qabırğası” filmlərindəki və “İdiot” serialındakı rolları ilə məşhurdur.

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

# # #