Dilimi göstərməkdən utanaram – Günün Şeiri

Dilimi göstərməkdən utanaram – Günün Şeiri
16 iyul 2019
# 11:16

Dilimi göstərməkdən utanaram – Günün Şeiri

Bu gün məşhur türk müğənni Yıldız Tilnbənin doğum günüdür. Kulis.az bu münasibətlə Sevinc Elsevərin Yıldız xanıma həsr etdiyi “Sevgidə kompleksli qadın” şeirini təqdim edir.

Sevimlim Yıldız Tilbəyə ithaf

bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...

ağladımsa
üzümdə artır qırışlar

bir az da böyüyür burnum

yekəlir ağzım

ötən yaz üst damağımdan çəkdirdiyim dişin

boş yeri görünür

güləndə gizlədə bilirəm halbuki

ordakı qara dəliyi

ağlayanda yadıma düşmür.

küsdümsə,

əyilir üzüm

çatılır qaşım

yığılır alnım

dodaqlarım büzülür

yaraşmır mənə küsmək...

hirslənsəm,

göyərir üzüm

xırıldayır səsim

qışqırsam, dilim görsənir nəyi var

dilimi göstərməkdən utanaram oysa həmişə...

yatanda necə göründüyümü

bilmək istədim

gözümü yumdum

şəklimi çəkdim

baxdım xeyli azalıb gözəlliyim

ağzım açıq qalır yatarkən

uşaqlığımdakı kimi...

indi yanında ölməyim gəlsə,

necə görünəcəyimi dərd edəcəm

əvvəlcə...

# 2633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #