“Taxt oyunları” necə bitəcək? – 5 Variant

“Taxt oyunları” necə bitəcək? – <span style="color:red;">5 Variant
18 may 2019
# 18:00

Mayın 20-də dünyaca məşhur “Taxt oyunları” serialının finalı təqdim olunacaq. Taxta kim oturacaq və finala kim qalacaq?

Kulis.az rus mətbuatına istinadən serialın sonluğu ilə bağlı 5 variantı təqdim edir.

(diqqət: 8-ci bölümdən spoyler var)

1 –ci variant: Dəmir taxta Con Snou- Eyqon Tarqerien çıxır.

“Taxt oyunlarının ən darıxdırıcı və açıq finalı olardı. Con Snouya nəhayət ki çatır ki, Deyeneris xilaskar deyil, növbəti tirandır. Snounun səbrini daşdıracaq son damla qardaşını əsirlikdən xilas edən Tirionun edamı olacaq. Snou taxta oturmaq istəmir, amma başqa yolu da qalmır. O şəxsən özü xalisini öldürür və taxta sahib olur. Vesteros etibarlı əllərdədir, amma kralın qəlbi qırılıb.

2-ci variant: Dəmir taxtda Sansa Start çıxır.

Con Snou Vesterosda növbəti diktatorun hökmranlığına son qoymaq üçün Deyenerisi öldürmək qərarına gəlir. Proses zamanı hər iki Tarqerien özündən uzaqlaşır. Əjdaha məsələsini Arya həll edir. Camaatın rəğbətini qazanan, taxtın vəfat etmiş varisinin yaxın qohumu Sansa Starx taxt-taca sahib olur.

3-cü variant: Taxtda Deyeneris Tarqeriendir.

Ideal sonluqdur. Deyeneris öz hədəfinə çatır və hakimiyyəti ələ alır. Vesteros tikanlı əllərdədir. Yeddi krallığın hər biri tarixin təkrarlanmasından qorxur. Tirionu xəyanətə görə edam edilər. Deyeneris Snouya hər şeyi sevgilə həll etməyə son şans verir, amma sonuncu yenə də ona imtina edir. Və bu, Snouya həyatı bahasına başa gəlir. Sansa və Arya Stark şimalda yeni etirazlar təşkil edir. Tarix təkrarlanır, bir tiranın yerinə o biri gəlir.

4-cü variant: Taxtda Tirion Lannisterdir.

Deyeneris Tirianı əjdahanın alovu ilə edam etmək istəyir, amma od Tirionu yandırmır: Tayvin Lannister boş yerə demirdi ki, bu cırtdan onun oğlu deyil. “Taxt oyunları” “Sirli Tarqerionu” təkrarlayır. Tirion və Con Snou qohumunu devirir. Keçmiş şimal kralının yenə də siyasi iddiaları yoxdur, ona görə də taxta Tirion çıxır. Starkın idarə etdiyi şimal ittifaqa çevrilir.

5-ci variant: Taxta Cendri Barateon çıxır.

Kinci variantda olanlar baş verir: Con Snou və Deyeneris bir- birini öldürür. Amma Sansanın yerinə siyasi meydana Cendri çıxır. Çünki dördüncü seriyada əjdahaların Anası onu lord elan etmişdi və Barateonu günahlandırmışdı ki, onun da taxta haqqı yaranmışdı. Həm də ondan başqa heç kimə bütün bunlar lazım deyil. Onun sevgilisi Ariya yenidən onun sevgisinu cavabsız qoyaraq ağ atda qüruba doğru çapır.

# 2276 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #