Qəşəm Nəcəfzadənin hekayələr kitabı çıxdı

Qəşəm Nəcəfzadənin hekayələr kitabı çıxdı
13 mart 2019
# 12:55

Şair-publisist Qəşəm Nəcəfzadənin “O qara əyri bulud” adlı hekayələr kitabı çap olunub.

Kulis.azın verdiyi xəbər görə, “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabda əsasən tərəkəmə həyatından bəhs edən hekayələr toplanıb.

Tərəkəmə camaatının xarakteri, düşüncə və təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş mövzusudur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana kömək durmaq, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq və hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

Kitabın redaktoru və ön söz müəllifi yazıçı Kəramət Böyükçöldür.

# 1369 dəfə oxunub

Müəllifin son yazıları

# # #